Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elm tarixi (ing. History of science; ərəb. تاريخ العلوم) — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir.
Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.